“Naxçıvan” Universitetində dəyirmi masa: “Heydər Əliyev- müasir Azərbaycan dövlətinin əbədi memarı”
   “Naxçıvan” Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Heydər Əliyev- müasir Azərbaycan dövlətinin əbədi memarı” mövzusunda dəyirmi masa keçirilib.
   “Xarici dillər” fakültəsinin müəllimi Fatimə İsmayıllı moderatorluğu ilə keçirilən dəyirmi masada Ulu Öndərin dövlətçilik konsepsiyasının müasir Azərbaycanın yüksəlişinə verdiyi töhfələrdən bəhs olunub. F. İsmayıllı bildirib ki, Heydər Əliyev zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan iki tarixi dövrdə Azərbaycana rəhbərlik edib və hər zaman xalqa və milli ideallara bağlı olub. Ən çətin şəraitdə ən düzgün çıxış yolu tapmağı bacarıb. Bu günlərdə yaşadığımız zəngin tarixi hadisələrlə dolu günləri bizə bəxş edən Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyidir. Ümummilli liderin siyasi kursunu prezident İlham Əliyev qətiyyətlə davam etdirir və ideyalarını ən yüksək səviyyədə həyata keçirir.
   Tədbir iştirakçıların mövzu ətrafında müzakirələri ilə davam edib.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image