Anar Kazımov

Rektor
Image
    Kazımov Anar Altay oğlu 07 fevral 1979-cu ildə Naxçıvan şəhərində doğulub. 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin “Fizika-riyaziyyat” fakültəsinə daxil olub, 1999-cu ildə həmin fakültəni bitirib. 1999-2001-ci illərdə Naxçıvan Dövlət Universitetinin magistratura səviyyəsi üzrə təhsil alıb, “Diferensial tənliklər üzrə” magistr dissertasiyasını müdafiə edib. 2002-2003-cü illərdə Azərbaycan Respublikası Daxili Qoşunların Naxçıvan şəhərində dislokasiya olunmuş N saylı hərbi hissəsində əsgəri xidmət keçib. 2003-2007-ci illərdə Naxçıvan Dövlət Universitetində doktorantura təhsili alıb. 2001-2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin “Riyazi Analiz” kafedrasının baş müəllimi, 2009-2010-cu illərdə “Riyaziyyat və fizika” fakültəsi üzrə dekan müavini vəzifələrində çalışıb. 2010-2013-cü illərdə Naxçıvan Dövlət Universitetində Elmi İşlər üzrə prorektor, 2013-2014-cü illərdə isə Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifələrini icra edib. 2015-ci ildən UNEC-in “Beynəlxalq iqtisadiyyat (ingilisdilli)” kafedrasının dosenti vəzifəsində çalışıb. 2015-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Əlaqələr Departamenti rəhbərinin müavini, 2016-2017-ci illərdə isə həmin departamentin rəhbəri vəzifəsində çalışıb. Eyni zamanda, UNEC-in 2017-2019-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Elm, ali və orta ixtisas təhsili şöbəsinin elm sektorunun müdiri vəzifəsini icra edib.
   Anar Kazımov bir çox beynəlxalq layihələrdə - Naxçıvan Dövlət Universiteti “İnnovasiyaların sahibkarlığa ötürülməsində universitetlərin rolunun artırılması” TEMPUS layihəsində, Avstriyanın “Əldə etmək və saxlamaq” təşkilatı ilə “Şəhərkanarı ərazilərdə turizmin inkişafı” layihəsində, Cənubi Koreyanın KOİCA Beynəlxalq Agentliyi ilə reallaşdırılan “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil sistemi və rəqəmsal multimediya infrastrukturunun qurulması” layihəsində, Azərbaycan Höküməti və Dünya Bankının birgə layihəsi olan “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsində, Azərbaycan Dövlət İqtisad Universiteti ilə Almaniyanın Siegen Universitetinin birgə hazırladığı “EE-KEYAZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” (“Project EE-KEY-AZ: Entrepreneurship Education: A Key to Job Creation and Employability in Azerbaijan”) mövzusunda layihəsində, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dünya Bankı ilə birgə “İnnovasiyalarda ali təhsilin rolu” layihəsində, Azərbaycan Respublikası Təhsil Nazirliyi Fransanın Monpelye Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və digər ali təhsil müəssisələri ilə birgə yerinə yetirilən “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və Vahid Avropa Ali təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması (NİZAMİ)” Erasmus+layihəsində yerli kordinator kimi fəaliyyət göstərib və 30- dan çox elmi məqalənin müəllifidir. 
2 fevral 2023-cü il tarixindən etibarən “Naxçıvan” Universitetinin rektoru vəzifəsini icra edir. İngilis, fransız və rus dillərini bilir. Ailəlidir, iki övladı var.

e-mail: rektor@nu.edu.az

Seçilmiş Məqalələri

 

  1. A.Aliyev. A.Kazımov.”On behavior of solutions of Cauchy problem for one class Sobolev type equations”. Poceedings of IMM of NAS of Azerbaijan, v.XXII, 2006;
  2. A. Kazimov. “Lp-Lq type of evalutions for one class Sobolev type equations”. Nakhhivan state University, News, No.2 (20), Nakhchivan, 2006;
  3. A.Aliyev. A.Kazımov. “The asymptotic behavior of weak solution of Cauchy problem for a class Sobolev type semilinear equation”. Transactions of NAS ofAzerbaijan, v. XXVI, No 4, 2006;

  1. А. Алиев. А. Казимов. “Глобальная разрешиость задачи Коши для oдного класса кваилнейных псевдогиберболических cлабдиссипативаных гранений четвертого порядка”. Материалы Третей Международной научной конференции “Фунуцональнодифференциальные уравнения и их приложения” 24-27 cентября, 2007, Махачкала;
  2. A.Aliyev. A.Kazımov. Global weak solutions of Cauchy problem for semiliner Pseido-hyperbolic equations. Differential equations, 2009, Vol. 45, No 2, Pleids Publishig, Ltd;
  3. А. Казимов. У. Маммадова“Смешанная задача для нелинейных волновых уравнений с инегралным граничным условием” Nakhchivan State university, Physico-mathematical and technological sciences series of “Scientific works” Nakhchivan, 2011;
  4. Akbar B.Aliyev, Anar A.Kazimov. Existence, non-existence and asyptotic behavior of global solutions to the Cauchy problem for systems of semilinear hyperbolic equations with damping terms. Nonlinear analysis. Elsevier. Volume 75.Number 1,2012. pp 91-102;
  5. Akbar B.Aliev, Anar A.Kazimov and Vusala F.Guliyeva. “Global existence and non-existence results for a class of semilinear hyperbolic systems” Mathematical methods in applied sciences. Wiley Online Library. John Wiley and Sons, LTD, 2012;
  6. А. Б. Алиев, А. А. Казимов “Глобальная разрешимость задачи коши для полулинейных гиперболических уравнений с диссипацией и анизотропной эллиптической частью”, Доклады Академии Наук, 2013, том 448, № 3, с. 255–257;
  7. A. B. Aliev and A. A. Kazimov “ The existence and nonexistence of global solutions Of the Cauchy problem for Klein–Gordon systems” ISSN 1064_5624, Doklady Mathematics, 2014, Vol. 90, No. 3, pp. 1–3. © Pleiades Publishing, Ltd., 2014.

 

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image