H.Q. Bağırsoylu 03.02.1986–ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini A.Cəlilov adına 12 saylı tam orta məktəbdə almışdır. O, Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” ixtisasına daxil  olmuş  və təhsil aldığı müddətdə Heydər Əliyev təqaüdü ilə mükafatlandırılmışdır.  H.Q.Bağırsoylu müxtəlif elmi əhəmiyyətli müsabiqələrdə dəfələrlə Azərbaycan birincisi seçilmişdir. O, 2006-cı ildə Türkiyədə keçirilən Dünya Gəncləri Qurultayında Azərbaycanı təmsil etmişdir. H.Q. Bağırsoylu 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Təhsildə Yüksək Nəaliyyətə görə fəxri fərman ilə mükafatlandırılmışdır.

   2007-2010-cu illərdə Azərbaycan Dövlət  İqtisad Universitetinin “İqtisadiyyatın Hüquqi Tənzimlənməsi” ixtisası üzrə magistr təhsili almışdır.

   2017-ci ildə İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Regionda xüsusi iqtisadi zonaların təşkili imkanları və prespektivləri” adlı dissertasiya mövzusunu müdafiə etmişdir.

   Əmək fəaliyyətinə “Warsilla Finland Oy” şirkətində tərcüməçi olaraq başlamışdır. 2010-2012-ci illərdə “Yedoy MMC”-də mühasib, 2012-2013-cü illərdə “Delta Group”da Audit vəzifəsində işləmişdir.

   H.Q.Bağırsoylunun “Naxçıvan” Universitetindəki fəaliyyətinə 2013-2014-cü illərdə Dil koordinatorluğunun rəhbəri, 2014-2016-cı il tarixdən “Naxçıvan” Universitetində Xarici Dillər fakültəsinin dekanı, 2016-2017-ci il tarixdən İqtisadiyyat fakültəsinin dekanı vəzifəsində 2017-ci ildən isə “Naxçıvan” Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışması daxildir. O bir sıra elmi məqalələrin və fənn proqramlarının müəllifidir.

    Həmçinin 2007-ci ildən Naxçıvan MR Rəssamlar birliyinin üzvüdür.