“Naxçıvan” Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik strategiyası və varislik” mövzusunda Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib. Lektoriyanı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük rəğbətlə xatırlanır. Təkrarsız, heyrətamiz yaddaşa malik ulu öndər Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevrmişdi. Rektor ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır fikrini diqqətə çatdırmışdır.
Lektoriyada AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik strategiyası və varislik” mövzusunda geniş məruzəsi dinlənilmişdir. Bildirimişdir ki, dahi rəhbər Heydər Əliyev Azərbaycanın iqtisadi mədəni inkişafı, sənayenin, kənd təsərrüfatının, mədəniyyətin, eləcə də elm, təhsil və digər prioritet sahələrin idarə edilməsi üçün bacarıqlı və yüksək ixtisaslı kadrların hazırlanmasının vacibliyini mühüm vəzifə kimi qarşıya qoyaraq təhsilin inkişafına xüsusi qayğı göstərirdi. 1968-1978-ci illərdə orta ümumtəhsil məktəblərinin sayı 77 faiz artmışdır. 1979-cu ildə SSRİ-nin 43 şəhərinin 152 ali məktəbində 3315 nəfər azərbaycanlı təhsil alırdı. Ulu öndər hərbi kadrların hazırlanmasına da xüsusi diqqət yetirirdi. Azərbaycanda iki ali hərbi məktəb –Ali Ümumqoşun Komandirləri məktəbi və Ali Hərbi Dənizçilik məktəbi var idi. Lakin bu məktəblərdə cəmi 5-6 nəfər azərbaycanlı təhsil alırdı. 1971-ci ildə Heydər Əliyev ilk hərbi internat məktəbinin açılmasına nail oldu. Məruzəçi tədbir iştirakçılarının diqqətinə çatırdırmışdır ki, Heydər Əliyev hakimiyyətdə olduğu müddət ərzində Azərbaycan xalqının inkişafı üçün xeyli işlər görmüş, bir sözlə Sovet ittifaqının tərkibində müstəqil Azərbaycanın əsaslarını qoymuş, milli ruh, milli mənəviyyat vətəndaşlarımızın məfkurəsinə çevrilmişdi. O da vurğulanmışdır ki, ulu öndər tərəfindən əsası qoyulan siyasi və iqtisadi baza Azərbaycan Respublikasının gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Artıq Azərbaycan dünyanın mühüm yanacaq-energetika regionlarından birinə çevrilərək öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Bütün bu uğurlar ulu öndərimiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və uğurla reallaşdırılan iqtisadi konsepsiyanın və milli neft strategiyasının təntənəsidir.