Turizm informasiya mərkəzinin rəhbəri Şahnaz Məmmədovanın təşkilatçılığı ilə “Turizm və otelçilik” ixtisasının IV kurs tələbələri "Əshabi-Kəhf” ziyarətgahı" -na yola düşdülər.
Bu gün "Əshabi-Kəhf ziyarətgahı" dini-mədəni abidə kompleksi Azərbaycanda tanınmış dini turizm obyektidir. Hər gün yüzlərlə insan bu ocağa gələrək ziyarət edir, Allah yolunda qurbanlar kəsilir. “Əshabi-Kəhf” ziyarətinin dəqiq vaxtı yoxdur, bura ilin istənilən fəslində getmək olar. Bu müqəddəs ocaq, ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə “Əshabi-Kəhf”n abadlaşdırılması və bərpa edilməsi barədə göstərişindən sonra yenidən qurularaq, burada məscid tikilib, yol çəkilib, zəvvarlar üçün hər cür şərait yaradılıbdır. Ziyarətgahın ərazisində "Qonaq Evi", "Bələdçi otağı" da fəaliyyət göstərir