“Naxçıvan” Universitetinin Elmi Kitabxanasında M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası ilə birgə ”Oxunması zəruri olan kitablar”ın siyahısına əsasən böyük rus yazıçısı N. Ostrovskinin “ Polad necə bərkidi” əsərinin müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır.
“Naxçıvan” Universiteti kitabxanasının direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Oxunması zəruri olan kitabların siyahısı”nın təsdiq olunması haqqındakı sərəncamın əhəmiyyətindən danışmış və N. Ostrovskinin “Polad necə bərkidi “ əsərinin gənclərin mənəvi tərbiyəsindəki rolu haqqında geniş çıxış etmişdir.
Sonra M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Əzizə Süleymanova və Günay Kəngərli əsər haqqında tədbir iştirakçılarına geniş məlumat vermişlər. Sonda tələbələrin sualları cavablandırılmış və sərgiyə baxış olmuşdur.