28.10.2017-ci il tarixdə “Naxçıvan” universiteti Turizm informasiya mərkəzi və “Arpad” psixoloji dərnəyinin təşkilatçılığı ilə Əlincə qalaya tur təşkil olundu. Tura universitetin İdarəetmə,İqtisadiyyat və İngilis dili fakültə tələbələri qatılmışdı. Əlincə qala ilə tanışlıqdan sonra elə qalanın zirvəsində turun təşkilatçısı Ş.Məmmədova tələbələrlə “İnandırılmış psixologiya” haqqında söhbət apardı və söhbətin sonunda isə tur iştirakçıları ilə birgə “Torpaq terapiyası “ edildi.
Turun sonunda isə tələbələr maraqlı yarışlar keçirib, xoş istirahət etdi.