“Naxçıvan” Universitetinin “İqtisadiyyat” kafedrasının dosenti Ceyhun Mahmudovun “Xüsusi gömrük proseduru-xarici iqtisadi fəaliyyətin gömrük tənzimlənməsi vasitəsi kimi” adlı kitabı işıq üzü görüb. Bununla bağlı universitetdə kitabın təqdimatı keçirilib.

  Təqdimat mərasimində çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, müasir dövrdə xarici iqtisadi əlaqələrdən milli iqtisadiyyatın yenidən qurulmasında istifadə etmək və onun səmərəliliyini artırmaq Azərbaycan Respublikası qarşısında duran mühüm vəzifələrdən biridir. Məhz buna də görə təqdim olunan bu kitab xüsusi əhəmiyyət kəsb edir. Həmçinin N. Əliyeva sözügedən kitabın universitetin akademik heyət üzvləri və tələbələri, eləcə də digər təhsil müəssisələrində tədris fəaliyyəti ilə məşğul olan müəllimlər üçün faydalı olacağına inandığını söyləyib və kitabın müəllifinə öz təşəkkürünü bildirib.

 Ardından təqdim edilən kitabla bağlı universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunun, “İqtisadiyyat” kafedrasının müdiri, dosent  Həsən Məmmədovun, “İdarəetmə” kafedrasının dosenti, iqtisad elmləri doktoru Mehdi Bağırovun çıxışları dinlənilib.

 Məlumat verilib ki, müəllifin uzunmüddətli zəhmətinin məhsulu olan kitab giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısı olmaqla 138 səhifə həcmindədir. Kitabda xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin nəzəri aspektlərindən, gömrük prosedurunun tətbiqi üsullarından, idxal və ixrac gömrük prosedurlarının ölkənin milli maraqlarının qorunmasındakı rolundan bəhs edilib.

  Diqqətə çatdırılıb ki, kitabdan iqtisad yönümlü ixtisasların tələbələri, gömrük mütəxəssisləri, müəllim və tədqiqatçılar faydalana bilərlər.

  Yekunda kitabın müəllifi Ceyhun Mahmudov göstərilən diqqətə görə təşəkkürünü bildirib.

 

 

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image