“Naxçıvan” Universitetinin İdarəetmə kafedrasının və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransı ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açıb.
Konfransda Azər-Türk Bankın əməkdaşı Murad Sevdimalıyevin “Banklarda risklərin idarə edilməsi” mövzusunda çıxışı dinlənilib. Bildirilib ki, son illərdə banklar tərəfindən iqtisadiyyata kredit qoyuluşlarının və əhalidən cəlb olunan əmanətlərin artması tendensiyası davam etmişdir ki, bu da bank sisiteminin iqtisadiyyatda, xüsusən də sahibkarların maliyyə resurslarına olan tələbatının ödənilməsində rolunu yüksəltmişdir. Belə ki, son 10 ildə real iqtisadi artım 4 dəfədən çox artmış, strateji valyuta ehtiyatları 42 dəfə, bank kreditləri 25 dəfə artmış, əhalinin əmanətləri isə 32 dəfə çoxalmışdır.
Konfransda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Məmmədnağı Əkbərov “Heydər Əliyevin Naxçıvan iqtisadiyyatının və maliyyə sisteminin inkişafında rolu” mövzusunda çıxış edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra Azərbaycanın digər bölgələri kimi Naxçıvan Muxtar Respublikası da özünün əsl inkişaf mərhələsinə qədəm qoydu. Həmin illərdə Naxçıvan Muxtar Respublikasında reallaşdırılan sosial-iqtisai islahatların əsas hədəfi blokada şəraitinin doğurduğu çətinliklərin aradan qaldırılmasına alternativ yolarla bu problemin konsepsiya olunmasına yönəldilmişdi. Həyata keçirilən məqsədyünlü siyasət nəticəsində muxtar respublikanın davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Muxtar respublikanın uzun illər blokada şəraitində olması ilə əlaqədar fəailiyyətini dayandırmış, sənaye müəssisələrinin 1996-ci ildən başlayaraq fəaliyyətinin bərpa edilməsi və yeni istehsal sahələrinin yaradılması, nəticə etibarı ilə əvvəllər istehsal olunmayan yeni sənaye məhsullarının istehsalının təşkilinə və ümumilikdə sənaye məhsulu istehsalının dinamik artımına səbəb olmuşdur.
Sonra Idarəetmə fakültəsinin tələbəsi Şəhruz Yusubzadə” “Bankların qiymətli kağızlar bazarında fəaliyyət növləri” mövzusunda çıxışı dinlənilib.