01 may 2018-ci il tarixdə Azərbaycan Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya institutunun əməkdaşları “Naxçıvan” Universitetində olmuş və Universitetin “Coğrafiya müəllimliyi” ixtisasının tələbələri ilə görüş keçirmişlər. Görüş zamanı “Təbiət elmləri” kafedrasının müəllimi dos. N.S.Bababəyli Coğrafiya institutunun əməkdaşlarını tələbələrə təqdim etmişdir. İnstitutun əməkdaşı Rəna Qaşqay çıxış edərək Azərbaycan Respublikasının çayları, onların xüsusiyyətlərindən bəhs etmiş, tələbələr tərəfindən verilən sualları cavablandırılmışdır.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi