28 May Respublika günü ilə əlaqədar “Naxçıvan” Universitetinin ümumi tarix kafedrasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizin şanlı səhifəsidir” mövzusunda konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açaraq bildirmişdir ki, 1918-1920-ci illərdə Azərbaycan bütün müsəlman Şərqində ilk demokratik respublika formasında dünyəvi dövlət qurmuşdur. Bu respublika ölkəmizin çoxəsirlik tarixi inkişafının, milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi.
Konfransda Ümumi tarix kafedrasının müəllimləri, dosent Elçin Zamanovun “XX yüzilliyin əvvəllərində Cənubi Qafqaz böyük dövlətlərin planlarında”, Vaqif Hüseynovun “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti” və tarix müəllimliyi ixtisasının II kurs tələbəsi Sərxan Mustafayevin “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Demokratik Cümhuriyyətinin siyasi varisidir” mövzularında çıxışları dinlənilmişdir. Qeyd olunmuşdur ki, 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün əzizdir. Çünki Cümhuriyyətin yaradılması o dövrkü şəraitdə Azərbaycan milli-azadlıq hərəkatının qarşısına qoyduğu vəzifələrin uğurla həyata keçirilməsini bir daha nümayiş etdirdi. Azərbaycan xalqının , onun mütəfəkkir insanlarının müstəqilliklə bağlı arzu və istəkləri demokratik respublikanın yaranması ilə nəticələndi.Bu gün müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi varisi kimi dünya dövlətləri sırasında öz layiqli yerini tutur.Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edildi, dövlətimiz strateji inkişaf yoluna çıxarıldı.O da, vurğulanmışdır ki, bu gün ümummilli liderimizin yolunu Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkəmizdə aparılan iqtisadi və sosial islahatlar muxtar respublikamızda da öz bəhrəsini verməkdədir. Bu gün muxtar respublikada atılan məqsədyönlü addımlar nəticəsində doğma diyarımız əsl intibah dövrünü yaşayır. Regionumuzun son illərdəki inkişaf templəri Heydər Əliyev ideyalarının gerçəkləşdiyini onun arzularının həqiqətə çevrildiyini bir daha təsdiqləyir.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi