Ölkəmizin bütün ali təhsil müəssisələrində olduğu kimi “Naxçıvan” Universitetində də Bilik günü xüsusi təntənə ilə qeyd edilib.Universitetin konfrans zalında birinc kurs tələbələri ilə görüş keçirilib.İlk əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru,professor İsmayıl Əliyev açaraq müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O, Azərbaycanda ümummilli lider Heydər Əliyevin elm, təhsil strategiyasının uğurla davam etdirilməsindən, bu sahədəki böyük uğurlardan söz açıb. Rektor ali məktəblərdə təlim və tədrisin keyfiyyətinin yüksəldilməsi, kadr potensialının, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən çoxşaxəli tədbirlərə nəzər salıb. Qeyd olunub ki, “Naxçıvan” Universiteti yüksəkixtisaslı mütəxəssislər yetişdirən,güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağıdır.4 fakültə, 15 ixtisasın fəaliyyət göstərdiyi, 1000-ə yaxın tələbənin təhsil alacağı universitetdə müasir tədris korpusları, Sosial xidmət mərkəzi, Yataqxana binası, Kitabxana və İdman zalı mövcuddur. Universitetdə tədrisin səviyyəsi yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır. Rektor deyib ki, bizim təhsilimizin məqsədi tələbələrə elm, bilik öyrətməklə yanaşı, həm də onları yükəsk mənəviyyatlı, vətənpərvər və ixtisaslı gənclər kimi yetişdirməkdir. Unutmaq olmaz ki, Azərbaycanın gələcəyi bugünkü gənclərə etibar ediləcək. Odur ki, bu günün tələbələri müstəqil dövlətimizə, Vətənimizə və xalqımıza layiq mütəxəssislər kimi yetişməlidirlər. Daha sonra universitet qəbul olunmuş tarix ixtisası üzrə I kurs tələbəsi Şövkət Xudiyeva tələbələr adından çıxış edərək təhsil alacaqları ali məktəbin adını layiqincə doğruldacaqlarına, hərətərfli mütəxəssis və ziyalı kimi yetişəcəklərinə əminliyini ifadə edib. Valideyinlər adından çıxış edən Əbülfəz Abdullayev muxtar respublikada təhsilə göstərilən qayğıya və “Naxçıvan” Universitetində yaradılmış şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib. Sonda tədbir iştirakçıları universitetin tanıntımı ilə bağlı hazırlanmış qısametrajlı filmə baxıb və . fakültə dekanları tərəfindən tələbələrin tələbə biletləri təqdim olunub.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi