23.05. 2017-ci il tarixdə “Naxçıvan” Universitetinin “Təbiət elmləri” kafedrasında 2016-2017-ci tədris ilində yerinə yetirilən Tələbə Elmi Cəmiyyətinin yekunlarına həsr edilmiş bölmə iclası keçirilmişdir. Bölmə iclasında 8 tələbənin TEC işi elmi rəhbərlərinin iştirakı ilə müzakirə olunmuşdur. “Coğrafiya müəllimliyi” ixtisasının tələbələri öz işləri haqqında məruzə ilə çıxış etmiş və verilən sualları cavablandırmışlar.
Bölmə iclasının gedişində kafedra müdiri dos. A.Y.Səfərov, kafedranın baş müəllimi Elnarə Seyidova, baş müəllim Əli Qurbanov, dos. Nazim Bababəyli, müəllim Nigar Bababəyli, kafedranın baş laborantı Natiqə Salmanova iştirak etmişlər. Yerinə yetirilən TEC işlərindən III kurs tələbəsi Xurma Əlipənahlının TEC işi I yerə, III kurs tələbəsi Şəhriyar Əlizadənin TEC işi II yerə, III kurs tələbələri Nurtac Mirqasımovanın və Təhminə İmanovanın TEC işləri isə III yerə layiq görülmüşdür.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi