Sərgidə gənc rəssamlar əsərlərini texnoloji yanaşma ilə birgə nümayiş etdirdilər. Sərginin təşkilatşılarından Zeynalova Firəngiz “Sənət və Texnologiya ” haqqında təqdimatla çıxış etdi.
Maraqla izlənilən sərgidə gənc rəssamların 20 rəsm əsəri sərgiləndi. Sərgini 200-ə yaxın müəllim və tələbə izlədi.
Sərginin təşkilatçılığı rəssamların tələbə yoldaşları, Zeynalova Firəngiz, Həsənova Ulduz, İbrahimova Billurə, Səfərov Ravil, Fərəcova Tovuz , Əliyeva Afaq tərəfindən edilmişdir .
Qənbərov Allahqulunun çəkdiyi rəsm əsərlərindən əsgərlərimizin Azərbaycan bayrağını dağ başına sancması, Həsənova Aytacın isə dəniz kənarından günəş doğuşu əsərləri daha maraqla izləndi .
Sərgiyə çox böyük rəğbət göstərildi. Sərginin çox mənalı və maraqlı keçdiyini bildirən qonaqlar sərgi çıxışında məmnuniyyət anketini doldurdu . Bu tip sərgilərin davamını arzuladılar