“ Naxçıvan” Universiteti təhsil sahəsində keyfiyyətin yüksəldilməsi üçün keçirdiyi tədbirlər ilə daim ölkə Universitetləri içərisində layiqli yerini qorumaqdadır.

   Universitetin yeni xarici əlaqlərin və əməkdaşların qurulması istiqamətində həyata keçirdiyi fəaliyyətləri davam edir. Fevral ayı ərzində Beynəlxalq Əlaqələr şöbəsinin təşəbbüsü ilə bir sıra əhəmiyyətli müqavilələrə imza atılmış, əməkdaşlıqlar qurulmuşdur. Elmi əməkdaşlıq mövzusunda imzalanmış bu müqavilələr Türkiyənin İstanbul “Gedik” Universiteti , Türkiyə “Şimali Kipir Elm” Universiteti, Pakistanın “Superior” Universiteti və “Naxçıvan” Universiteti arasında imzalanmışdır.