19-21 fevral tarixlərində İstanbul şəhərində “EURAS” universitetlər birliyinin ənənəvi olaraq təşkil etdiyi “EURİE” beynəlxalq təhsil sammiti keçirilib. “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli universitetin üzvü olduğu Avrasiya Universitetlər Birliyinin Türkiyənin İstanbul şəhərində təşkil etdiyi “EURİE 2020” sammitində iştirak edib.
Sammit çərçivəsində təhsil sərgisi təşkil edilib. Sərgi çərçivəsində universitetin stendləri, jurnalları, loqoları iştirakçılara paylanılıb. Sərgidə 100-ə yaxın ölkənin 200-ə yaxın universiteti iştirak edib.