Avropa Birliyi tərəfindən maliyyələşdirilən AESOP Erasmus-Plus layihəsinin növbəti təlimi Kiyev İqtisad Universitetinin təşkilatçılığı ilə Ukraynanın Kiev şəhərində təşkil edilib.
3 gün davam edəcək təlimin birinci günüdə universitetin rektoru Dmyho Lukianenko iştirakçıları salamlamış və universitetin fəaliyyəti haqqında məlumat verib.
Sonra Ukrayna təhsil və elm nazirinin müavini Roman Graba Ukrayna Respublikasının təhsil sistemi haqqında çıxış edib.
Təlimin ikinci günündə Avropa Tələbə Ombudsman Ofisinin rəhbəri Josef Zeidenfast “Tələbələrin üzləşdiyi problemlər və onların həlli” mövzusunda çıxış edib.
Daha sonra tərəfdaş universitetlər layihənin son illərdə gördükləri işlər barəsində məlumat veriblər.
“Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli layihənin icrası barəsində illik hesabat təqdim edib və verilən sualları cavablandırıb.
Qeyd edək ki, 6 aprel 2019-cu il tarixində yekunlaşacaq təlimdə “Naxçıvan” Universitetini Beynəlxalq əlaqələr şöbəsin müdiri Rəcəb Cəfərli və universitetin müəllimi Şamil Hümbətov təmsil edir.