Tədbiri giriş sözü ilə açan universitetinin Pedaqoji fakultəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva yol hərəkəti qaydalarının təşkili ilə bağlı keçirilən maarifləndirici söhbətlərin əhəmiyyətindən bəhs edib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Ayaz İsmayılov nizamlanan və nizamlanmayan piyada keçidləri, işiqfordan istifadə qaydaları, yol hərəkəti qaydalarını pozmağa görə cərimələnmə məsələlərindən ətraflı danışıb.
Qeyd edib ki, inzibati xətalar məcəlləsində yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərlə yanaşı piyadaların da kifayət qədər məsuliyyəti nəzərdə tutulub. Yol hərəkəti qaydalarına əməl edilməsi, onların təbliği istiqamətində ziyalıların, xüsusən ali təhsil alan gənc nəslin üzərinə yük düşdüyünü deyən polis baş leytenantı tələbələri yol hərəkəti qaydalarıyla digər vətəndaşlara nümunə olmağa çağırıb.