Konfransı giriş sözü ilə universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açıq elan etmiş, bildirmişdir: qloballaşma şəraitində artan texnoloji yeniliklər həyatımızın bütün sahələrində olduğu kimi təhsil sahəsində də yeni standartlar müəyyənləşdirir. Müasir təhsil sistemi yeni texnoloji imkanlardan səmərəli istifadəni tələb edir. Həmçinin müasir dövrün təhsil standartları, tədris üsulları, tədris və tərbiyə məsələləri tərəflər arasında daha sıx əlaqə tələb edir. Keyfiyyətli təhsil innovativ imkanlardan səmərəli istifadə ilə yanaşı təhsilə müasir yanaşma da tələb edir.
Sonra çıxış üçün söz “Pedaqogika və psixologiya” kafedrasının dosenti Lalə Allahverdiyevaya verilmişdir. “Ünsiyyətin tələbə şəxsiyyətinin formalaşmasına təsiri” mövzusunda çıxış edən dosent, müəllimlərin bu prosesdəki xüsusi roluna diqqəti cəlb etmişdir. Kafedranın müdiri, baş müəllim Aytən Məmmədova isə konfransda “Müəllim-tələbə münasibəti probleminə müasir baxış” mövzusunda məruzə etmişdir.
Məruzəçi bildirmişdir ki, qarşılıqlı ünsiyyət prosesində müəllim tələbələrə fərdi yanaşma nümayiş etdirməli, tələbənin psixologiyasına uyğun şəkildə fərdi yanaşma sərgiləməlidir. Daha sonra “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi Nübar Səfərlinin “Müəllim – tələbə münasibətləri pedaqoji prosesin səmərəliliyinin əsas şərti kimi” mövzusunda məruzə ilə çıxış etmiş, bildirmişdir ki, müasir təhsil sistemində müəllim-tələbə münasibətlərinin düzgün qurulması həm pedaqoji prosesin başlıca tələbidir, həm də keyfiyyətli təhsilin başlıca şərtidir.
Elmi konfransın sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.