27 iyun 2019-cu il tarixdə “Təbiət elmləri” kafedrasında “Coğrafiya müəllimliyi“ ixtisası III kurs tələbələri ilə “Coğrafiyanın tədrisi prosesinin səmərəli təşkilində müasir təlim texnologiyalarından istifadə imkanlarına dair” disput təşkil olunmuşdur. Disput üçün Coğrafiyanın tədrisi metodikasının müxtəlif sahələrini əhatə edən aktual və maraqlı 25 sual hazırlanmışdır.
Tələbələrə təqdim olunan suallar tək-tək oxunmuş və onlar cavablandırılmışdır. Verilən suallara Gülsüm Qasımova, Razim Quliyev, Nərgiz Əsədli, İzzət Poladov daha aktiv və düzgün cavablar vermişlər.
Disputda Pedaqoji fakültənin dekanı dos. Nurlana Əliyeva, “Təbiət elmləri” kafedrasının müdiri dos. Arif Səfərov, kafedranın “Coğrafiyanın tədrisi metodikası” fənni üzrə müəllimi Türkanə Əliyeva, baş müəllim Əli Qurbanov iştirak etmişlər. Müzakirə aktiv sonluqla başa çatmışdır.