Tədbiri giriş sözü ilə açan universitetin müəllimi Şamil Hümbətov bildirib ki, “Startap Naxçıvan” hərəkatı istedadlı gənclərin üzə çıxarılmasına, onların nailiyyətlərinin yeni sistemin tələblərinə uyğun qiymətləndirilməsinə, yaradıcı düşüncə və inkişafa xidmət edən ən yaxşı layihələrin aşkarlanmasına, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək məqsədi daşıyır.Daha sonra Rabitə və Yeni Texnologiyalar Nazirliyinin şöbə müdiri Hüseyn Əsgərli “Startup.nakhchivan.az” internet portalının texniki imkanları barədə tələbələrə geniş məlumat verib.Bildirb ki, portal, ümumilikdə, 20 moduldan və 9 verilənlər bazasından ibarətdir. Burada həm startapçılar, həm hami təşkilatlar, həm də investorlar üçün müvafiq imkanlar yaradılıb, bütün iş prosesinə mərkəzi nəzarət və idarəetmə mexanizmi qurulub. Həmçinin portalda rəsmi sənədlər, startap haqqında məlumatlar, startapçı olmaq üçün tələblər, layihələrin təqdimedilmə qaydaları və digər məlumat bölmələri nəzərdə tutulub. Burada qeydiyyatdan keçərək portalın aktiv istifadəçisi kimi forumların iştirakçısı olmaq, yeni layihəni təqdim etmək, məsləhət almaq, hami təşkilatların internet resurslarına keçid edib onlarla birbaşa interaktiv əlaqə yaratmaq, investor olmaq, hər hansı işin ən innovativ həlli və digər məsələlərlə bağlı imkanlar yaradılıb.
Sonda tələbləri maraqlandıran suallar cavablandırılıb və təkliflər səsləndirilib.