“Azərbaycan dili və ədəbiyyat” kafedrasının 2018-2019-cu tədris ili üçün 11 müəllimin 21 TEC işi tələbələr arasında bölünmüşdür. 07-08 may 2019-ci ildə TEC işlərinin kafedrada bölmə iclası keçirilmişdir. Kafedrada keçirilən bölmə iclasında 21 TEC mövzusundan 19 TEC mövzusu dinlənilmiş, TEC işi yerinə yetirən tələbələrin yekun nəticəsi aşağıdakı kimi qiymətləndirilmişdir:
1. I yer – Abdulzadə Səbuhi Qeyrət oğlu – “Azərbaycan dili və ədəbiyyat” müəllimliyi I kurs
2. II yer – Mirzəyeva Mənsumə Füzuli qızı – “Azərbaycan dili və ədəbiyyat” müəllimliyi III kurs
3. II yer – Məmmədova Səbinə – “İngilis dili” müəllimliyi I kurs
4. III yer – Abbasova Mənsurə İlham qızı – “Azərbaycan dili və ədəbiyyat” müəllimliyi III kurs
5. III yer – Həsənova Firuzə Ceyhun qızı – “Azərbaycan dili və ədəbiyyat” müəllimliyi I kurs