Zərifə Əliyeva adına Naxçıvan şəhər Polikilinikasının həkimləri mütəmadi olaraq orta ixtisas və ali təhsil müəssisələrində olur və tələbələri müayinədən keçirirlər. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq bu günlərdə Zərifə Əliyeva adına Naxçıvan şəhər Polikilinikasının həkim briqadası “Naxçıvan” Universitetində olmuş, tələbələri müayinədən keçirmişlər. Məlumat üçün bildirək ki, həkimlərdən lor-burun,qulaq Vəli Qəhrəmanov, nevroloq Sabir Mehdiyev, oftalmaloq Kamilə Orucəliyeva, terapeft Şəfəq Tarverdiyeva,tibb bacısı Kəmalə Rəhimova 593 nəfər tələbəni müayinədən keçirmişlər. Qeyd edək ki, müayinədən keçənlərdən bir qrupuna onlarda aşkar olunan patologiyaya uyğun müalicə və göstərişlər yazılıb.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi