“Naxçıvan” Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci ilin iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin bir qrup əməkdaşı “Naxçıvan” Universitetində olmuş İqtisadiyyat fakültəsinin tələbələri ilə görüş keçirmişlər.
Tədbiri giriş sözü ilə İqtisadiyyat fakültəsinin dekanı, İqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova açaraq bildirmidir ki, 2018-ci il üzrə “Caspian European Club”un dəstəyi ilə fəaliyyət göstərən “Caspian Energy İnternational Media Group” un hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının iqtisadi regionlar arasında yenidən ən yüksək ümumi bal toplayaraq qalib olması bizləri daha da ruhlandırdı.Fakültə dekanı bu uğurun əldə olunması Naxçıvan iqtisadiyyatının investisiya cazibədarlığını daha da artıracağına əminliyini vurğulamışdır.
Tədbirdə İqtisadiyyat Nazirliyinin “İnvestisiyaların təşviqi və ixraca dəstək” şöbəsinin müdiri Emin Zeynalov çıxış edərək muxtar respublikamızda əlverişli investisiya mühitinin yaradılması nəticəsində yeni-yeni layihələrin reallaşması və ixracın təşviqi ilə bağlı ətraflı məlumat vermişdir.
Ləzzət MMC-nin direktoru Teymur Rzayev müəssisədə istehsal olunan məhsullar və onun ixrac potensialı, uğurlu fəaliyyət və qazanılmış nailiyyətlər haqqında maraqlı məruzə etmiş, sahibkarlar üçün səmərəli biznes mühitinin yaradıldığını qeyd etmişdir.
Sonra İqtisadiyyat Nazirliyinin “Elmi Tədqiqat və Tədris Mərkəzinin elmi işçisi Mehbarə Məmmədovanın “Naxçıvan Muxtar Respublikası Azərbaycan üzrə investisiya reytinqinin lideridir” mövzusunda çıxışı dinlənilmişdir. Sonda tədbir iştirakçıları muxtar respublikanın sosial-iqtisadi inkişafını əks etdirən vidoçarxa baxmışlar.