“Naxçıvan” Universitetinin Xarici Dillər Fakültəsinin ingilis dili müəllimi Ruqiyyə Kərimova İspaniyanın Valladolid Universitetində keçirilən təlimdə iştirak edib. Təmsilçimiz R. Kərimova həmin universitetin qabaqcıl professorlarının dərslərində iştirak etmiş, müşahidələr aparmışdır. Eyni zamanda hər iki universitet arasında olan fərqli və oxşar cəhətləri müəyyən etmək üçün Valladolid Universitetinin İngilis dili şöbəsində sənədləşmə işləri ilə tanış olmuş, keçirilən fənnlər və tələbələrin fəaliyyətləri barədə məlumatlar toplamışdır. Təlimin son günü R. Kərimova Universitetin Erasmus+ Exchange xətti ilə təhsil alan, müxtəlif ölkələrdən olan tələbələrə Azərbaycan və Naxçıvan haqqında məlumatlar vermiş, eyni zamanda “Naxçıvan” Universiteti barədə təqdimat göstərmişdir. Qeyd edək ki, bu bütün tələbələrin marağına səbəb olmuşdur.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi