"Naxçıvan" Universitetinin əməkdaşları Avrasiya Universitetlər Birliyinin təşkilatçılığı ilə "COVID-19 beynəlxalq təhsili necə dəyişdirir?" mövzusunda keçirilən beynəlxalq vebinarda iştirak ediblər.
Vebinarda dünyanın 20 ölkəsindən 40-a yaxın universitetin təmsilçiləri iştirak edib.
Vebinarda Malayziya Texnologiya Universitetinin Elmi və beynəlxalq fəaliyyətlər üzrə prorektoru Dr. Zainuddin ABD MANAN-nın, Beynəlxalq Təhsil Eksperti və təlimçi Sirin Mylesin, Rusiya Ali İqtisad Məktəbinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Konstantin Platonovun çıxışları dinlənilib.
Vebinarda "Naxçıvan" Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli və universitetin əməkdaşları Yasin Babazadə, Anara Nəsirli, Könül Babayeva, Ruqiyyə Kərimova təmsil edib.