"Tələbə Gənclər Təşkilatlarının sosial şəbəkələrdən düzgün istifadəsi" adlı təlimdə Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Musiqi Kolleci, Naxçıvan Texniki Kolleci və Naxçıvan Tibb Kollecinin Tələbə Gənclər Təşkilatlarının klub, departament və fakültə sədrləri iştirak edib.
“Cahan Holding”in marketoloqu Hüseyn İmanovun təlimçi kimi iştirak etdiyi tədbirdə gənclər təşkilatlarına sosial şəbəkələrlə iş mövzusunda ətraflı məlumat verilib.
Sosial şəbəkələrdə postlar necə paylaşılmalı, onlara necə izah verilməli və necə daha diqqətçəkən etməli, gələn mesajlar necə cavablandırılmalı kimi başlıqlar üzrə iştirakçıları maraqlandıran əsas məsələlərə aydınlıq gətirilib.
Gənclərin aktivliyi ilə yadda qalan təlimdə son olaraq iştirakçıların sualları cavablandırılıb.