09 sentyabr 2020-ci il tarixində "Naxçıvan" Universitetinin İlahiyyat kafedrasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq yeni dərs ilinin başlanması münasibəti ilə kafedranın müəllimlərini təbrik edib və qarşıda duran məsələlər ilə bağlı müvfiq tapşırıqlar verib.
İclasda Xarici dillər fakültəsinin dekanı Yasin Babazadə, İlahiyyat kafedrasının müdiri Xəfayət Əliyeva və kafedranın müəllimləri iştirak edib.
İclasda aşağıdakı məsələlər müzakirə olunub:
1. Mühazirə mətnlərinin elektron bazada yerləşdirilməsi;
2. Müəllimlərin qruplarla görüşlər keçirməsi;
3. Sərbəst işlər, fənn sillabusları, təqvim-tematik planlarının sentyabr ayının 15-dək təhvil verilməsi;
4. Fənn proqramlarına baxılması;
5. Fərdi planların doldurulması.