Hər zaman təhsil səviyyəsinə və yeniliklərinə görə fərqlənən "Naxçıvan" Universitetində tələbələrin xarici dil bacarıqlarının artırılması, mükəmməlləşdirilməsi məqsədilə İngilis dilində diskussiyalar keçirilir.
Universitetin Xarici dillər fakültəsinin təşkilatçılığı ilə keçirilən növbəti diskussiyada Xarici dillər fakültəsinin 1-ci kurs tələbələri iştirak edib. Müxtəlif mövzuların müzakirə olunduğu diskussiya tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, növbəti diskussiyaların fakültənin digər kurslarında təhsil alan tələbələr ilə keçirilməsi nəzərdə tutulur.