18 oktyabr Milli Müstəqillik Günü ilə əlaqədar “Naxçıvan” Universitetində ümumi tarix kafedrasının təşkilatçılığı ilə “Müstəqilliyin başlanğıcı -18 oktyabr “ mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov açaraq bu günün tarixi əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki,dövlət müstəqilliyimiz 1991-1993-cü illərdə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi, elmi mədəni həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə başlandı.
Sonra ümumi tarix kafedrasının dosenti Elçin Zamanovun “ XX əsrin sonlarında SSRİ-nin dağılması fonunda milli azadlıq hərəkatının başlanması və müstəqilliyin əldə olunması” həmin kafedranın müəllimi Nuray Hacıyevanın “Müstəqilliyin saxlanılmasının çətinlikləri-dövlət çevrilişinə cəhdlər” və universitetin tarix müəllimliyi magistr I kurs tələbəsi Könül Vəliyevanın “Müstəqillikdən keçən 28 il gənclərin gözü ilə” mövzularında çıxışları dinlənilib. Vurğulanıb ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.
Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.Sevindirici haldır ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir.Xalqın öz dövlətçiliyi sarsıdan heç bir narahtçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirirlir.
Sonda tədbir iştirakçıları müstəqilliyimizi əks etdirən slayda baxmışlar.