Elmi Tədqiqatlar üzrə Beynəlxalq Novruz konfransı bu il Şuşada keçirilib. Video konfrans formatında keçirilən tədbirdə ”Naxçıvan” Universitetinin əməkdaşları da iştirak edib.
Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada 30 il sonra keçirilən ilk konfransda universiteti Riyaziyyat və İnformatika kafedrasının baş laborantı Nazlı Əjdərli və İqtisadiyyat kafedrasının doktorantı Rifat Mahmudov təmsil ediblər. Çıxışları dinlənən iştirakçılara sonda sertifikat verilib.
Qeyd edək ki, Elmi Tədqiqatlar üzrə Beynəlxalq Novruz konfransı martın 18-21 tarixlərində keçirilib.