26-29 yanvar 2021-ci il tarixlərində Avropa Komissiyasının təşkilatçılığı ilə “CBHE Grant holders Conference 2021” başlığında online konfrans və görüşlər təşkil edilmişdir. Məqsəd qrant müqaviləsinin praktiki idarə olunması barədə qaydalar, hesabat tələbləri və CBHE layihəsinin tətbiqinin yaxşılaşdırılmasına dair sahələrdə ətraflı məlumat vermək idi. Konfransının açılış sessiyası Nobel mükafatı laureatı professor Məhəmməd Yunusun əsas məruzəçi kimi iştirakı ilə baş tutmuşdur. Tanınmış iqtisadçı “Gələcəyin dizaynında ali təhsil müəssisələrinin rolu və məsuliyyəti” başlığında məruzə ilə çıxış etmişdir.
4 gün davam edən online iclas, panel və workshoplarda mövcud pandemiyanın beynəlxalq təhsilə təsiri, Distant təhsilin effektivliyinin artırılmasında universitetlərin birgə əməkdaşlığının rolu və eləcə də Erasmus+ proqramının 2021-2027-ci illəri əhatə edən yeni strategiyasının ictimaiyətə çatdırılması və proqramda edilmiş yeniliklərin təsvirinə dair məlumatlar çatdırılmış və aparılan müzakirələrdə “Naxçıvan” Universitetini Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli təmsil etmişdir.