Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəsisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27 də imzaladığı Sərəncamın icrası ilə bağlı 22 may 21019-cu il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının “Naxçıvan” Universitetinin “Mühasibat uçotu və audit” və Maliyyə ixtisaslarının tələbələri ilə görüşü keçirilib.
Universitetin İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın əhəmiyyətindən danışaraq Muxtar Respublikada kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması, tələbələrin praktik biliklər əldə etməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə Naxçıvan MR Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinin Nəzarət sektorunun müdiri Nizaməddin Bağırov “Qiymətli metalların və qiymətli daşların müəyyənləşdirilməsi qaydaları” mövzusunda çıxışı dinlənilib.
Bildirib ki, Naxçıvan MR ərazisində əyar nəzarətini həyata keçirmək məqsədilə Naxçıvan MR Ali Məclisi Sədrinin 25 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Naxçıvan MR Maliyyə Nazirliyi yanında Əyar Şöbəsi yaradılmışdır. Naxçıvan MR Ali Məclisi Sədrinin 14 aprel 2017-ci il tarixli sərəncamına əsasən Əyar Şöbəsinin bazasında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi yaradılmışdır.
Sonda tələbələrin sualları cavablandırılıb.