Binyətov Qələndər Nizami oğlu 1978-ci ildə Naxçıvan şəhərində anadan olub. 1985-ci ildə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin I sinfinə daxil olmuş, 1995-ci ildə həmin məktəbi bitirmişdir. 1997-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidməti Daxili Qoşunların N saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə yerinə yetirib. Xidmət etdiyi müddətdə nümunəvi xidmətinə görə iki dəfə Şah İsmayıl Xətai adına fəxri fərmanla təltif olunub. 1999-cu ildə hərbi xidməti bitirib. 2002-ci ildə Naxçıvan Özəl Universitetinin Pedaqoji fakültənin qiyabi şöbənin Xarici dil (ingilis) müəllimliyi ixtisasına daxil olmuş, 2007-ci ildə oranı bitirmişdir. 2003-2004-cü illərdə Naxçıvan Özəl Universitetində kompüter mütəxəssisi vəzifəsində işləyib. 2004-2007-ci illərdə Amerikanın “McDermott International, Inc.” kompaniyasınnda AUT technician assistant vəzifəsində işləyib. 2007-2014-cü illərdə Kanadanın “Shaw Pipeline Services Inc.” kompaniyasınnda I dərəcəli AUT technician vəzifəsində işləyib. 2018-ci ildən “Naxçıvan” Universitetində idman rəhbəri vəzifəsində və 0.5 ştat müəllim vəzifəsində işləyir. Binyətov Qələndər Nizami oğlu 2002-ci ildən Yeni Azərbaycan partiyasının üzvüdür. Binyətov Qələndər Nizami oğlu idmanın karate növü üzrə idman ustası ikinci dan qara kəmər sahibidir. Bir sıra respublika və beynəlxalq yarışların iştirakçısı və mükafatçısı olmuşdur. 2019-cu ildən Naxçıvan Karate Federasiyasının məşqçisidir.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image