Həsən Tağı oğlu Nəcəfov 23 mart 1990-cı ildə Ordubad rayon Üstüpü kəndində anadan olmuşdur. 1996-2007-ci illərdə Ordubad rayon Üstüpü kənd orta məktəbində təhsil almışdır.
2007-ci ildə Naxçıvan Özəl Universitetinin Pedaqoji fakültəsinin Riyaziyyat və İnformatika ixtisasına qəbul olmuş, 2011-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
Həsən Tağı oğlu Nəcəfov 2012-ci ilin avqust ayından 2013-cü ilin iyun ayınadək Naxçıvan Özəl Universitetinin Tədris hissəsində operator vəzifəsində çalışmışdır.
2013-cü ilin iyul ayında KKTC-nin Qazimağusa şəhərində yerləşən Doğu Akdəniz Universitetində beynəlxalq (Univercity Curriculum Development İnternational Accreditations 2013 July 20- August 03) kurs keçib, sertfikat almışdır.
2013-cü ilin noyabr ayında ECDL lahiyəsi ilə əlaqədar Polşa Respublikasının Budqoş şəhərində (The University of Technology and life Sciences) beynəlxalq kurs keçmişdir.
2014-cü ilin aprel ayında ECDL lahiyəsi çərçivəsində Latviya Respublikasının Riqa şəhərində (ISMA Universitetində) növbəti beynəlxalq kursu kecmişdir.
2013-cü ilin iyun ayından Naxçıvan Özəl Universitetinin İqtisadiyyat fakültəsində tyutor vəzifəsində çalışmışdır. 2014-cü ilin sentyabr ayından Naxçıvan Özəl Universitetinin Pedaqoji fakültəsində tyutor vəzifəsində çalışıb. 2017-ci ildən “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin tyutoru vəzifəsində çalışır.
2014-cü ildə Naxçıvan Dövlət Universitetinin Magistratura pilləsinin İnformatika ixtisasına daxil olmuşdur. 2016- cı ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Məqalələr:
1. Neyrokomputerlər və neyroşəbəkələrin əsas xüsusiyyətləri
2. Neyroşəbəkələr tədqiqat oblastı kimi
3. Təlimdə həndəsə məsələlərinin mövqeyi və şagirdlərin fəza təsəvvürlərinin formalaşmasında onların rolu
4. Məsələ və tapşırıqların təşkili formaları və riyaziyyatın öyrənilməsində bunların şagirdlərin əqli fəaliyyətinin inkişafına təsiri
5. Ali məktəblərdə kredit sisteminin tətbiqi təcrübəsindən
6. Təlim prosesində İKT-dən səmərəli istifadə
7. Tədris prosesində onlayn dərslərdən istifadənin üstünlükləri
8. Müasir dövrdə informasiya cəmiyyətinin formalaşmasında İKT-nin rolu (Beynəlxalq məqalə)
9. Neyron şəbəkələrin öyrətmə alqoritmləri
Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir. Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir.