Həsən Tağı oğlu Nəcəfov 23 mart 1990-cı ildə Ordubad rayon Üstüpü kəndində anadan olmuşdur. 1996-2007-ci illərdə Ordubad rayon Üstüpü kənd orta məktəbində təhsil almışdır. 2007-ci ildə Naxçıvan Özəl Universitetinin Pedaqoji fakültəsinin Riyaziyyat və İnformatika ixtisasına qəbul olmuş, 2011-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Həsən Tağı oğlu Nəcəfov 2012-ci ilin avqust ayından 2013-cü ilin iyun ayınadək Naxçıvan Özəl Universitetinin tədris hissəsində operator vəzifəsində çalışmışdır. 2013-cü ilin iyul ayında KKTC-nin Qazimağusa şəhərində yerləşən Doğu Akdeniz Universitetində beynəlxalq (Univercity Curriculum Development İnternational Accreditations 2013 July 20- August 03) kurs keçib, sertfikat almışdır. 2013-cü ilin noyabr ayında ECDL lahiyəsi ilə əlaqədar Polşa Respublikasının Budqoş şəhərində (The University of Technology and life Sciences) beynəlxalq kurs keçmişdir. 2014-cü ilin aprel ayında ECDL lahiyəsi çərçivəsində Latviya Respublikasının Riqa şəhərində (ISMA Universitetində) növbəti beynəlxalq kursu kecmişdir. 2013-cü ilin iyun ayından Naxçıvan Özəl Universitetinin İqtisadiyyat fakültəsində tyutor vəzifəsində çalışmışdır. 2014-cü ilin sentyabr ayından Naxçıvan Özəl Universitetinin Pedaqoji fakültəsində tyutor vəzifəsində çalışıb. 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin Magistratura pilləsinin İnformatika ixtisasına daxil olmuşdur. 2016-cı ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2017-ci ildən “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin tyutoru vəzifəsində çalışıb. 2018-ci ildə “Naxçıvan” Universitetinin “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertantura şöbəsinə daxil olmuşdur. Hazırda təhsilini davam etdirir. 18 fevral 2020-ci il tarixdən İqtisadiyyat fakültəsinin dekan müavini vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Məqalələr:
- Neyrokompyuterlər və neyroşəbəkələrin əsas xüsusiyyətləri
- Neyroşəbəkələr tədqiqat oblastı kimi
- Təlim prosesində İKT-dən səmərəli istifadə
- Tədris prosesində onlayn dərslərdən istifadənin üstünlükləri
- Fənlərin tədrisində İKT-nin didaktiv imkanları
- Müasir dövrdə informasiya cəmiyyətinin formalaşmasında İKT-nin rolu
- Təlimdə həndəsə məsələlərinin mövqeyi və şagirdlərin fəza təsəvvürlərinin formalaşmasında onların rolu
- Ali məktəblərdə kredit sisteminin tətbiqi təcrübəsindən
- Məsələ və tapşırıqların təşkili formaları və onların riyaziyyatın öyrənilməsində şagirdlərin əqli-fəaliyyətinin inkişafına təsiri
- Neyron şəbəkələrin öyrətmə alqoritmləri
- Korporativ kompüter şəbəkələri
- İnternetdə axtraış sistemləri
- Papkaların və faylların üzərində əməliyyat alqoritmləri
- Faylların qovluqlarda saxlanılması və fayllar üzərində əməliyyat alqoritmləri
- Texnoloji və korporativ kompüter şəbəkələrində idarəetmə sistemləri
Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir.