Şəbnəm Mərdan qızı Əhmədova 8 avqust 1990-cı il Naxçıvan şəhər Qaraxanbəyli qəsəbəsində anadan olmuşdur. 1996-cı ildə Naxçıvan şəhər 15№ məktəbin birinci sinfinə daxil olmuşdur. 2007-ci ildə orta məktəbi bitirmişdir. 2008-ci ildə Naxçıvan Özəl Universitetinin indiki Naxçıvan Universitetinin Pedaqoji fakültəsinin “Azərbaycan dili və ədəbiyyat” fakültəsinə daxil olmuşdur. 2012-ci ildə həmin universiteti bitirmiş və Naxçıvan Dövlət Universitetinin Magistratura pilləsinin “Azərbaycan Ədəbiyyatı” ixtisasına daxil olmuşdur. 2017-ci il oktyabr ayında Naxçıvan Universitetinin Tədris Şöbəsində inspektor vəzifəsində işə başlamışdır. 2022-ci il aprel ayından Naxçıvan Universitetinin “Təbiət elmləri” kafedrasında baş laborant kimi işə başlamışdır.

 

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image