1971-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayon Tivi kəndində ziyalı ailəsində anadan olmuşam. 1978-1988-ci ildə Ordubad rayon Tivi kəndində orta məktəbdə oxumuşam. 1988-ci ildə Tivi kənd savxozunda fəhlə işləmişəm.1988-1990-ci ildə həqiqi hərbi xidmətdə olmuşam. 1998-2002-ci illərdə Naxçıvan Dövlət Universitetində tarix ixtisası üzrə bakalavr, 2002-2005-ci illərdə isə magistr təhsili almışam. 2002-2004-cü ildə Ordubad şəhərindəki 1 nömrəli məktəbdə, 2004-2005-ci ildə isə Tivi kənd orta məktəbində tarix müəllimi işləmişəm. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində kiçik elmi işçi kimi elmi fəaliyyətə başlamışam. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun doktoranturasına daxil olmuşam. 2010-cu ildə doktoranturanı müvəfəqiyyətlə bitirərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam. Səmərəli elmi fəaliyyətimə görə 2013-cü və 2023-cü illərdə ildə AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə "İlin Alimi" adına layiq görülmüşəm.  2014-cü ildə dossent elmi adını almışam. Plovdağ yaşayış yerində, I Plovdağ nekropolunda, II Plovdağ nekropolunda, III Plovdağ nekropolunda, Sumbatan-dizə şəhər yerində, Dəlmə qalasında, Aza orta əsr şəhər yerində, Xaraba-Gilan orta əsr şəhər yerinində, Ərəbyengicədə, Naxçıvantəpədə aparılmış arxeoloji qazıntılarda, Elmin İnlişaf Fondunun təşkil etdiyi bir çox qrant lahiyələrində, Naxçıvan Muxtar Respublikasının ərazisindəki tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması və pasportlaşdırılmasında yaxından iştirak etmişəm. Azərbaycanla yanaşı dünyanın bir çox yerlərində keçirilmiş beynəlxalq elmi konfranslarda, simpoziumlarda  Naxçıvan arxeologiyası ilə bağlı elmi məruzələr etmişəm. 200 elmi məqaləm, iki monaqrafiyam çap edilmişdir. Bir neçə kitabın, ümumləşdirici əsərlərn həmmüəllifiyəm. 70-ə yaxın elmi məqaləm, konfrans və sempozum materialım  Azərbaycandan kənarda, ABŞ-da, Türkiyədə, Almaniyada, Rusiyada, Qırğızıstanda, Qazaxıstanda, İranda, Gürcüstanda və digər ölkələrdə, Tübitak/Ulakbim (Social Sciences Database), EBSCO (Academic Complete Search), Modern Language Association of America (MLA), Russian Science Citation Index, Scopus, Web of Science, “H”, “İ10” və  s. indeksli, nüfuzlu  beynəlxalq jurnallarda çap edilmişdir. Məqalələrimə yüzlərlə istinadlar edilmişdir. Haliyədə AMEA Naxçıvan Bölməsinin “Antik və Orta əsrlər arxeologiyası şöbəsi”nin müdiri işləyirəm. Ailəliyəm iki övladım var. 

 

 

 

 

 

 

 

 

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image