SÜLEYMANOV İLHAM HÜSEYN OGLU

 

e-mail: Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir.

   1969-cu il noyabrın 25-də Naxçıvan şəhərində anadan olmuşdur.1976-cı ildə Ə.Qəmküsar adına 39 №-li dəmiryol orta məktəbinin I sinfinə getmiş,1986-cı ildə həmin məktəbin X sinfini bitirmişdir.1990-1996 cı illərdə Azərbaycan Texniki Universitetinin Elektrotexnika fakültəsi,Avtomatik elektrik rabitəsi ixtisasında təhsil almışdır.2002-ci ildə Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları nazirliyində Telekommunikasiya şöbəsində baş mütəxəssis,2003-cü ildən 2010-cu ilədək Naxçıvan şəhər Rabitə İdarəsində baş mühəndis vəzifəsində işləmişdir.2009-cu ildə Naxçıvan Regional Texniki Peşə məktəbində rabitə dərslərini tədris etmişdir.2009-cu ildən Naxçıvan Dövlət Universitetində Memarlıq və mühəndislik fakültəsində saat hesabı müəllim olaraq işə başlamışdır.2012-ci ildə BBtv MMC-də mühəndis vəzifəsində işləmişdir.2012-ci ildə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində 0.5 ştat,2014-cü ildə tam ştat 2019-cu ildən baş müəllim vəzifəsində işləmişdir.Hal hazırda Naxçıvan Universitetinin Pedaqoji fakültəsi “Riyyaziyyat və informatika”kafedrasında baş müəllim vəzifəsində işləyir.Elmi əsərlərin sayı 10 (on).

2009-cu il BMT (NATO)-nun MDB dövlətləri ilə koordinator direktoru Yaçex Kajevski ilə imzalanmış müqaviləyə əsasən  Naxçıvan Dövlət Universitetinin “Campus şəbəkəsinin” layihə rəhbəridir.

I Qarabag müharibəsi veteranıdır

Naxçıvan şəhər Bələdiyyəsi üzvüdür   

2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image