Image

   Hacıyeva Nuray Cavid qızı 1992-ci ilin iyun ayında Naxçıvan MR Culfa rayon Milax kəndində anadan olmuşdur. 1999-cu ildə Milax kənd orta məktəbinin I sinifinə daxil olmuş, 2010-cu ildə həmin məktəbi bitirmişdir. Həmin il Naxçıvan Dövlət Universitetinin Humanitar fakültəsinə daxil olmuş, 2014-cü ildə tarix ixtisasını fərqlənmə ilə bitirmişdir. 2015-2017-ci illərdə Naxçıvan Dövlət Universitetində Azərbaycanın yeni və ən yeni tarixi ixtisası üzrə magistratura şöbəsində təhsil almışdır. 2014-2018-ci illərdə Naxçıvan MR Heydər Əliyev adına Hərbi Liseydə müəllim kimi, 2019-cu ildə bir müddət Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində mətbuat və ictimaiətlə əlaqələr üzrə baş məsləhətçi kimi fəaliyyət göstərmişdir. 2019-cu ilin sentyabrından Naxçıvan Universitetində “Ümumi tarix” kafedrasında müəllim vəzifəsində çalışır.

 Məqalələr
 
1.XIX əsrin ikinci yarısında Naxçıvan qəzasında kənd təsərrüfatının vəziyyəti. Naxçıvan, NDU- “QEYRƏT” nəşriyyatı 2017-ci il.
2.Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinin ikinci mərhələsi. Türkmənçay müqaviləsi. AMEA Naxçıvan Bölməsi “Tusi” nəşriyyatı  2017-ci il.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image