Nazlı Ceyhun qızı Əjdərova 1993-cü il oktyabr ayının 11-də Naxçıvan şəhərində anadan olub. 1999-cu ildə Naxçıvan şəhər 4№ li orta məktəbi I sinfinə daxil olumuş,2010-cu ildə həmin məktəbi bitirmişdir. 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və Sistemləri Mühəndisliyi ixtisasına daxil olmuşdur. 2011 – ci ildə Kompüter kursunu fərqlənmə diplomu ilə bitirmişdir. 2014-cü ildə bakalavr ixtisasını Fərqlənmə Diplomu ilə bitirmişdir. 2014-cü ildə Türkiyə Cumhuriyyətinin Ərzurum şəhərində yerləşən Atatürk Universitetinin İşlətmə (Biznesin idarə edilməsi, Menecment) ixtisasının Magistr tələbəsi adını qazanmışdır.2021 – ci ildə Azərbaycan Texnologiya Universitetinin Kompüter mühəndisliyi ixtisası üzrə magistr şöbəsinə qəbul olmuşdur. Hal-hazırda Naxçıvan Universitetində “Riyaziyyat və İnformatika” kafedrasında baş laborant vəzifəsində çalışır. Ailəlidir, 1 qız övladı var.
Dərc olunmuş elmi əsərlərin siyahısı
Məqalələr
- Bir kvazixətti elliptik tip tənlik üçün məhdud oblastda Dirixle məsələsi, “Naxçıvan Universiteti”, Elmi əsərlər – 2017, N4 , dos.E.V.Ağayev və N.C.Əjdərova
- Müasir dövrdə İnformasiya Kommunikasiya Texnologiyalarının rolu – “Xəzər Universiteti” - İKSAD və Xəzər Universiteti ilə iş birliyində BEYNƏLXALQ ASİYA MODERN ELMLƏR KONQRESİ” – 2020, N4, S.V.Mahudova və N.C.Əjdərova
- Risklərin idarə edilməsi prosesi və risklərin idarə edilməsində istifadə olunan üsullar – “Xəzər Universiteti” İKSAD və Xəzər Universiteti ilə iş birliyində BEYNƏLXALQ ASİYA MODERN ELMLƏR KONQRESİ” – 2020, N4, N.C.Əjdərova
- Maliyyə məqsədləri – “Tripoli, LIBYA” , VII ULUSLARARASI EL RUHA SOSİAL ELMLƏR KONQRESİ- 2020, N7, N.C.Əjdərova və R.N.Mahudov
- ''Naxçıvan Muxtar Respublikasının sosial – iqtisadi inkişafında əhaliyə xidmət müəssisələrinin rolu'' – “Manhattan, ABŞ – ın NewYorkşəhəri”, III beynəlxalq New York konfransı fənlərarası tədqiqat və təcrübələrdəki inkişaf tendensiyaları” – 2020, N3, N.C.Əjdərova və R.N.Mahudov
- ''Wi MAX şəbəkəsinin arxitekturası'' - “Manhattan, ABŞ – ın NewYorkşəhəri”, III beynəlxalq New York konfransı fənlərarası tədqiqat və təcrübələrdəki inkişaf tendensiyaları” – 2020, N3, N.C.Əjdərova, S.V.Mahmudova və İ.H.Suleyanov
- İnformasiya kommunikasiya texnologiyalarının inkişafı- “Naxçıvan Universiteti”, Elmi əsərlər – 2020, N2 , N.C.Əjdərova, S.V.Mahmudova.
- Rabitə Texnologiyaları - “Naxçıvan Universiteti”, Elmi əsərlər – 2021, N4 , N.C.Əjdərova, S.V.Mahmudova.
- Sosial şəbəkə nəzəriyyəsinin cəmiyyətin qərarlarına təsiri – “Naxçıvan” Universiteti, Elmi əsərlər 2021,N(4)23, N.C.Əjdərova, T.İ.Əlibəyli