Image
   Mədət Əziz oglu İsmayilov 07 yanvar 1977-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayon Ələkli kəndində dogulmuşdur. 1983-1994-cü illərdə orta təhsil almışdır. 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin “ Tarix” ixtisası üzrə bakalavr və 2000-ci ildə isə həmin universitetin “ türk dünyası tarixi” üzrə Magistr təhsilini fərqlənmə ilə bitirmişdir. Müxtəlif vaxtlarda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarasində işləmişdir. 2000-ci iln yanvar –mart aylarinda Pakistan İslam Respublikasının İslamabad şəhərində “Xarici Xidmət Akademiyasında” ingilis dilində 3 ayliq diplomatik kurs keçmişdir. 2002-2013-cü illər Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsləhətçi, baş məsləhətçı və idarə rəhbəri kimi məsul vəzifələrdə işləmişdir. İşlədiyi müddətdə Avropa İttifaqı TACİS proqramının “ Azərbaycanda Sosial Müdafiə Sisteminin İslahatı” layihəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 mart-20 dekabr 2007-ci il tarixlərində “ Sosial iş və Sosial işin İdarə olunması” mövzusunda birgə təşkil edib keçirdikləri Sertifikatlı kursu bitirmişdir.2007-ci ildə UNİCEF-in “Deinstitutionalizasiya və Uşaq Rifahı üzrə İslahatlar mövzusunda keçrilən seminarin iştirakçısıdır. 03 fevral 2001-ci il tarixdən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. İki övladı var.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image