Cavadxan Yusif oğlu Qasımov 1981-ci ildə Culfa rayonunun Saltaq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1987-1998-ci illərdə Saltaq kənd orta məktəbində təhsil almış və fərqlənmə attestatı ilə bitirmişdir. 1998-2002 ci illərdə NDU-nun “İqtisadi hüquq” fakültəsinin  “İqtisadiyyatın tənzimlənməsi” ixtisasında ali təhsil almış və fərqlənmə ilə bitirmişdir. Təhsil aldığı müddətdə  NDU-nun Heydər Əliyev adına Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının Sədri, universitet üzrə Tələbə Şurası sədrinin müavini və “İqtisadi hüquq” fakültəsində Tələbə Elmi Çəmiyyətin sədri vəzifəsində uğurlu fəaliyyət göstərib. 2002-ci ildə NDU-nun magistratura pilləsinə qəbul olmuş, 2003-cü ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi almışdır. 2003-cü ildə AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitunda əmək fəaliyyətinə başlamışdır. Naxçıvan Muxtar Respublikası və eləcə də Respublikamız səviyyəli bir çox mətbuat və televiziya vasitələrində müxtəlif mövzularda məqalələr çap etdirmiş və  çıxışlar etmişdir. Hal-hazırda AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitunun İqtisadiyyat şöbəsinin elmi işçisidir. 2010-cu ildə fəlsəfə doktorluq disertasiyasını uğurla müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2013-cü ilin noyabr ayından isə AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitunda İqtisadiyyat şöbəsinin müdiri   kimi   fəaliyyət   göstərməyə  başlayıb.  Həmin ildən  AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən Gənc Alimlər və Mütəxəssislər Şurasının sədr müavini seçilmişdir. 2015-cilin iyun ayından dosent adına layiq görülüb. YAP-ın fəal üzvüdür. 2015-ci ildən “Naxçıvan” Universitetində saathesabı müəllim işləyir. Evlidir, uç övladı var. 40-a yaxın elmi məqalə və ya tezis, 1 monoqrafiyanın müəllifidir.                    

    

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image