Əminə Hüseyn qızı Məmmədova 22 mart 1987-ci ildə Naxçıvan şəhər Qaraxanbəyli kəndində anadan olmuşdur. 1994-2005-ci illərdə orta təhsilini Qaraxanbəyli kənd tam orta məktəbində almışdır. 2005-2009-cu illərdə Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsində “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bakalavrı bitirmişdir. 2010-cu ildən Naxçıvan Özəl Universitetində labarant kimi iş fəaliyyətinə başlamışdır. 2014-cü ildən “Ümumi işlər və kadrlar” şöbəsində elektron sənədlər üzrə mütəxəsis vəzifəsində işləyib. 2019-cu ildən isə “Naxçıvan” Universitetinin Elmi kitabxanasında kitabxanaçı vəzifəsində işləyir. Ailəlidir, iki övladı var.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image