Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən “Naxçıvan” Universitetində təhsil alan əcnəbi tələbələr ilə maarifləndirmə görüşü keçirilib
   İlk olaraq “Naxçıvan" Universitetinin rektoru dosent Anar Kazımovla görüşən Naxçıvan regional miqrasiya xidmətinin baş idarə rəisi və inspektoru “Naxçıvan" Universitetində təhsil alan əcnəbi tələbələrlə görüş keçiriblər. Görüşdə Naxçıvan regional miqrasiya xidmətinin baş idarə rəisi Samir Sadiqov və həmin idarənin inspektoru Şəhanə Seyidova, eyni zamanda universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Dilarə Əsgərova iştirak edib. Samir Sadiqov əcnəbi tələbələrə tədbirin keçirilmə məqsədi və əhəmiyyəti, Şəhanə Seyidova isə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması, müraciətlər barədə məlumat veriblər. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image