Müraciət etməyə Hazırsınız?

Xoş gəlmisiniz!

"Naxçıvan" Universiteti

"Naxçıvan" Universiteti 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır.
Universitetdə 16 ixtisas üzrə bakalavr, 7 ixtisas üzrə magistr hazırlığı aparılır.

Bakalavr dərəcəsiixtisasları

İxtisas kodu
İxtisas
İllik təhsil haqqı məbləği(əyani)
İllik təhsil haqqı məbləği(qiyabi)
050101
Azərbaycan dili və ədəbiyyat müəllimliyi
1600
----
050116
Tarix müəllimliyi
1600
----
050121
Xarici dil müəllimliyi(İngilis dili)
1700
----
050205
Filologiya(Azərbaycan dili və ədəbiyyat)
1600
1400
050214
Tarix
1600
----
050215
Tərcümə(İngilis dili)
1600
----
050402
Biznesin idarə edilməsi
1600
1400
050405
İqtisadiyyat
1600
1400
050406
Maliyyə
1600
1400
050407
Marketinq
1600
1400
050409
Mühasibat
1600
1400
050606
Ekologiya mühəndisliyi
1600
1400
050616
İnformasiya texnologiyaları
1600
1400
050620
Komputer mühəndisliyi
1600
1400
050807
Sosial iş
1600
1400
050810
Turizm işinin təşkili
1600
1400

Magistr dərəcəsiixtisasları

İxtisas kodu
İxtisas
İxtisaslaşma
İllik təhsil haqqı məbləği(əyani)
060101
Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası
1400
060103
Xarici dil müəllimliyi(İngilis dili)
Xarici dilin tədrisi metodikası və metodologiyası
1400
060111
Tarix müəllimliyi
Tarix fənninin tədrisi metodikası və metodologiyası
1400
060119
Pedaqogika
Pedaqogika nəzəriyyəsi və tarixi
1400
060403
Maliyyə
Bank işi
1400
060404
İqtisadiyyat
İqtisadiyyatın tənzimlənməsi
1400
İxtisas kodu
MBA (Master of Business Administration)
İxtisaslaşma
060409
Biznesin idarə edilməsi
Biznesin idarə edilməsi və təşkili(ümumi təyinatlı)

Bakalavriat və Magistratura dərəcəsi üçün universitetimizəqəbul prosesi

1

Qəbul imtahanı

DİM tərəfindən təşkil olunan "Ali təhsil müəssisələrinə qəbul imtahanı"ndan keçid balını toplamaq
2

İxtisas seçimi

Universitetimizdə tədris olunan, ixtisas qrupunuza və keçid balınıza uyğun olan ixtisası seçmek
3

Onlayn müraciət

Qebul prosesi başa çatdıqdan sonra portal.edu.az saytına daxil olaraq orada qeyd olunan məlumatları doldurmaq
4

Təhsil haqqı

Universitetimizə qeydiyyatdan keçdikdən sonra qəbul olduğunuz ixtisasa uyğun illik təhsil haqqı məbləğini ödəmək
  1. Orta təhsil haqqında sənəd (Attestat)
  2. Şəxsiyyət vəsiqəsinin əsli və surəti
  3. İş nömrəsi və şifri
  4. Tibbi arayış (Forma 86)
  5. 4 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil
  6. Təhsil haqqının ödənilməsi haqqında qəbz (Naxçıvan Bank)
  7. Qovluq qaytanlı
  8. Hərbi biletin (çağırış vərəqi) surəti
  1. Ali təhsil haqqında dövlət sənədi(Diplom və əlavəsi)
  2. Şəxsiyyət vəsiqəsinin əsli və surəti
  3. İş nömrəsi və şifri
  4. Tibbi arayış(Forma 86)
  5. 4 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil
  6. Təhsil haqqının ödənilməsi haqqında qəbz (Naxçıvan Bank)
  7. Qovluq qaytanlı

Əcnəbi tələbələr üçün universitetimizəqəbul prosesi

“Naxçıvan” Universiteti, Nazirlər Kabinetinin qeydiyyatından keçmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin lisenziyasını almış və bütün dövlət universitetləri kimi tələbə qəbulu üzrə ümumi qaydalara əsasən fəaliyyət göstərir.
“Naxçıvan” Universitetinə qəbul üçün əcnəbi tələbələrin https://portal.edu.az/ keçidinə daxil olaraq online müraciət etməlidir. Əcnəbi tələbələrin müraciəti üçün lazım olan sənədlər:

  • Attestat/diplom və qiymət cədvəli/transkript (Azərbaycan dilinə tərcümə apostil yüklənilir)
  • Pasportun əsli (yüklənilir)
  • Sağlamlıq haqqında arayış (HİV, HBC azərbaycan dilinə tərcümə)
  • 3x4 ölçüsündə fotoşəkil (son 6 ayda çəkilmiş)
  • Dil sertifikatı (varsa)
  • Məhkumluq haqqında arayış (Tərcümə - Noter)
  • Əsgərlik haqqında arayış (Tərcümə - Noter)
Bütün sənədlər Azərbaycan dilinə tərcümə edilməli və rəsmi təsdiq edilməlidir.
  • Magistratura və Doktorantura namizədləri üçün CV
  • Magistratura və Doktorantura namizədləri üçün niyyət məktubu
Təqdim edilməsi vacib olan sənədlər:
Xarici vətəndaşlar üçün:
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, magistraturaya yalnız ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşmalara qəbul oluna bilərlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Naxçıvan” Universitetində təhsil alacağı dil ilə bağlı imtahan verirlər. “Naxçıvan” Universitetinə qəbul olan tələbə, təhsil alaçağı dil ilə bağlı müvafiq sertifikat təqdim etdikdə imtahandan azad olunur. 
Əvvəlki təhsil pilləsində Azərbaycan dilində təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, “Naxçıvan” Universitetində dil imtahanı vermədən Azərbaycan dilində təhsilllərini davam etdirə bilərlər. Əgər dil sertifikatı yoxdursa tələbə 1 il və ya 6 ay təhsil alacağı dildən hazırlıq keçir. 
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsil almaq hüququ
1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dis­ser­tantlıq yolu ilə təhsili Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq mü­qa­vilə­lərə uy­ğun olaraq hüquqi və fiziki şəxslərin birbaşa bağ­la­dıq­­ları müqavilələr əsasın­da hə­yata keçirilir.
2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dis­­­ser­tan­tlıq yolu ilə təhsili ödənişli əsaslarla aparılır. İllik təh­sil haqqı təhsilin xüsusiyyətlərinə uyğun olaraq ali təhsil müəssisələrinin və elmi təşkilatların tabe olduqları qurumlar tərəfindən müəyyən edilir. Müstəsna hallarda ali təhsil müəssisələri və elmi təşkilatlar tabe olduqları qurumların razılığı əsasında ödənişsiz qəbul həyata keçirə bilərlər.
3. Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə təqdim edilməlidir.
4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində «Azərbaycan dili» fənnindən əlavə doktorluq im­ta­hanı verirlər.
5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ali təhsil müəssisələrində və elmi təşkilatlarda doktoranturaya qəbulu və dissertant təhkim olunması, eyni zamanda təhsili bu Qaydalara və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçi­rilir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daha ətraflı məlumatı “Naxçıvan” Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsindən əldə edə bilərlər.
Qeyd: İkili və Azərbaycan vətəndaşlığı olan əcnəbilərin sənədləri qəbul olunmayacaqdır.
Son müraciət tarixləri:
1.Müraciət - 20 avqusta qədər
2.Sənədlərin yoxlanılması - 20-30 avqust
3.Müsabiqə nəticələrinin elanı - 01 sentyabr
4.Qeydiyyat - 01-13 sentyabra

Əlaqə:

Əcnəbi tələbələr üçün illik təhsil haqqı məbləği

İxtisasın adı
İllik təhsil haqqı(manatla)
Tibb
5400
İctimai səhiyyə
5400
Stomatologiya
5400
Əczaçılıq
5400
Hüquqşünaslıq
5400
Hərbi tibb
2000
Baytarlıq
3000
Memarlıq
3000
Psixologiya
3000
Musiqi sahələri üzrə
3000
Digər ixtisaslar
2000

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image