Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Ölkəmizdə eləcə də, muxtar respublikamızda bu sahənin inkişafına yüksək diqqət və qayğı ilə yanaşılır. Naxçıvan” Universitetində də yenicə yaradılmış Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə bir sıra layihələr hazırlanıb həyata keçirilir.Bu tədbirlərin davamı kimi Universitetin Turizm İnformasiya mərkəzinin tərkibində yaradılmış "Gənc Tur" qurumunun rəhbəri və iştirakçıları müqəddəs yerlərimizdən biri olan “Əshabi-Kəhf” ziyarətgahında olmuşlar. Məlumat üçün qeyd edək ki, ziyarətgah təsürratlarını əks etdirən fotoşəkillər Gənc Tur səhifəsində paylaşılır.