Rəhimli Rəhman Cəfərəli oğlu 1992-ci il 13 iyul tarixində Babək rayon Qaraqala kəndində anadan olub. 1998-ci ildə Qaraqala kənd orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2009 cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2010-cu ildə Naxçıvan Özəl Universitetinin “İqtisadiyyat” fakultəsinin “İqtisadiyyat” ixtisasına qəbul olmuş, 2014 cü ildə həmin universiteti bitirmişdir. Elə həmin il Naxçıvan Dövlət universitetinin “Dövlət qulluğunun təşkili və idarə edilməsi” ixtisasının magistratura səviyyəsinə qəbul olmuş və 2017 ci ildə məzun olmuşdur. 2014-2015 ci illərdə N saylı hərbi hissədə hərbi xidmətdə olmuş. 2016-2019 cu illərdə N saylı Xüsusi təyinatlı hərbi hissədə Manqa komandiri vəzifəsində çalışmışdır. 2020 ci il 12 fevral tarixindən Naxçıvan Universitetinin “Pedaqoji” fakültəsində, 2020-ci il sentyabr tarixindən isə “İdarəetmə” fakultəsində Akademik məsləhətçi vəzifəsində çalışır.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image