Novruzov Nail Emin oğlu 1996-cı il 23 apreldə Naxçıvan Şəhəri Qaraxanbəyli kəndində anadan olmuşdur. 2002-ci ildə Naxçıvan şəhəri V.Hüseynova adına (6 №-li) orta məktəbə daxil olmuş 2013-cü ildə həmin məktəbdən məzun olmuşdur. 2004-cü ildən 2005-ci ilə qədər Türkiyə Cumhuriyyətinin Trabzon şəhəri Beşikdüzü qəsəbəsi "Şehit Gürhan Yardım ilköğretim okulunda" təhsil almışdır. 2013-cü ildə "Naxçıvan" Universitetinin Xarici dil müəllimliyi (ingilis dili) ixtisasına qəbul olunmuş. 2018-ci ildə "Naxçıvan" Universitetindən məzun olmuşdur. 2018-ci il oktyabr ayının 26-sından 2019-cu ilin oktyabr ayınadək Müdafiə Nazirliyinin "N" sayılı hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. 2019-cu ilin Noyabr ayından 2020-ci ilin fevral ayına qədər Naxçıvan şəhəri "Reklam təşkilatı və işıqlandırma" idarəsində "Kompüter operatoru" vəzifəsində çalışmışdır. 2020-ci ilin fevral ayından isə "Naxçıvan" Universitetinin Xarici dillər fakültəsində  "Tyutor(akademik məsləhətçi)" vəzifəsində çalışır. 2017 ci ildə "Huawei" şirkətinin təşkilatçılığı ilə təşkil olunmuş "Seeds for future Summer Camp" layihəsində Çin Xalq Respublikasında olan treyninqlərdə iştirak etmişdir.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image