Əliyeva Xəfayət Müzəffər qızı 1986-cı ildə Babək rayon Kültəpə kəndində anadan olub. 1992-2003-cü illərdə Babək rayon Kültəpə kənd tam orta məktəbində təhsil almışdır. 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin Ərəb dili və ədəbiyyatı ixtisasına qəbul olmuş 2007-ci ildə həmin ixtisası bitirmişdir. 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin magistratura pilləsinə qəbul olmuş, 2010-cu ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2007-2018-ci illərdə Naxçıvan Dövlət Universitetində “Şərq dilləri və ədəbiyyatı” kafedrasında çalışmışdır. 2019-cu ildən Naxçıvan Universitetinin “İlahiyyat” kafedrasında ərəb dili müəllimi olaraq çalışır. 2020-ci ilin sentyabr ayından İlahiyyat kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir. Doktorantdır. Dissertasiya işi “Mövlana Cəlaləddin Rumi yaradıcılığında tərbiyə problemləri” mövzusudur.

 

  ELMİ ƏSƏRLƏRİ

1. “Sabahın müəlliminin özünütərbiyəsinin motivasiyası”- Magistrantların regional elmi konfransının materialları Naxçıvan-2010. 52-54 s.

2. “Mövlanə Cəlaləddin Rumi mənəvi tərbiyə haqqında” - Regional inkişaf və böyük mədəniyyət: mənşə, harmoniya və tipologiya məsələləri, Beynəlxalq konfrans materialları, NDU, “Qeyrət”nəşriyyatı, 2013. 98 s

3. “Mövlanə Cəlaləddin Rumi yaradıcılığında əxlaq tərbiyəsi məsələləri”- Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri cild: 10, № 4, 2014. 53-56 s.

4. “Mövlana Cəlaləddin Ruminin yaradıcılığında dostluq - yoldaşlıq münasibəti məsələləri”- Elmi əsərlər, (Humanitar və pedaqogiya seriyası), NDU. 2016- ci il sayında çap verilib

5. “Naxçıvan Dövlət Universitetində Şərq dilləri və ədəbiyyatı kafedrasının yaranması, elmi-pedaqoji fəaliyyəti və mədəni əlaqələri tarixindən” - Naxçıvan Dövlət Universiteti 50 ildə, Elmi konfrans materialları, NDU, “Qeyrət” nəşriyyatı, 2017. 78s

6. “Mövlanə yaradıcılığında qadına münasibət” Elmi əsərlər, (Humanitar və pedaqogiya seriyası), NDU. 2019-cu il sayında çap verilib.

7. “Mövlana Cəlaləddin Rumi yaradıcılığında dostluq-yoldaşlıq və humanizm tərbiyəsi” Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmiv-praktik konfrans materialı, Kars, Türkiyə - 2020, səh. 212

8. “Mövlanə Cəlaləddin Rumi yaradıcılığında özünütərbiyə məsələləri” Humanitar və ictimai elmlər üzrə I Beynəlxalq elmi konfrans, Bakı-2020, səh. 293

Bizimlə əlaqə

Naxçvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

  • dummy(036) 545 57 01

  • dummy(036) 545 15 16

  • dummy info@nu.edu.az